Latviya prezidenti: “Münaqişələr sülh, beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

latviya prezidenti munaqiseler sulh beynelxalq huquq ve erazi butovluyu cercivesinde hell olunmalidir

“Təəssüf ki biz təhlükəsiz və sabit dünyada yaşamırıq”.

 

APA-nın məlumatına görə, bu sözləri Latviya prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

 

R. Veyonis bildirib ki, davam edən münaqişələr, böhranlar nəticəsində beynəlxalq münasibətlər də dəyişib: “Davam edən münaqişələr qlobal, beynəlxalq asayişə təhlükə törədir. BMT qlobal səviyyədə fəaliyyətlərin həyata keçirilməsi baxımından ən uyğun platformadır. Biz beynəlxalq münasibətləri sabitləşdirmək üçün BMT-nin dəyərini aşağı salmamalıyıq. BMT qlobal səviyyədə təhlükəsizlik və müdafiənin, iqtisadi və sosial səviyyədə əməkdaşlığın təmin olunması, insan hüquqlarının təminatında böyük rola malikdir. Avropa təhlükəsizlik sahəsində baş verən problemlərdən azad deyil. Avroatlantik məkan da təhlükəsizliklə bağlı problemlərlə üzləşir. Rusiya ölkələrin suverenliyini güclə dəyişməyə hazırdır. Ekstremizm, korrupsiya, insan hüquqlarının pozulmasının ağır fəsadlarını görürük. Bu, xüsusilə Şimali Afrika və Orta Şərqdə baş verir”.

 

R. Veyonis qeyd edib ki, müxtəlif dövlətlər arasında əməkdaşlıq təmin etmək üçün müxtəlif platformalar yaradılır: “ATƏT, Avropa Şurası, Afrika İttifaqı buna misaldır. BMT-nin qətnamələrinə əsasən münaqişələr mümkün qədər tez həllini tapmalıdır. Latviya hesab edir ki, münaqişələr sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişələrin həlli Avropa üçün vacib məsələdir. Bunun üçün eyni zamanda siyasi iradə də tələb olunur. Münaqişələr, xüsusilə Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr sülh yolu ilə həll edilməlidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
  • neftcalada pambiq sahesinde yangin olub
    Neftçalada pambıq sahəsində yanğın olub
neftcalada pambiq sahesinde yangin olub neftcalada pambiq sahesinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ