Millət vəkili AŞPA-da Kataloniya referendumu ilə bağlı müzakirələrdə çıxış edib

millet vekili aspa da kataloniya referendumu ile bagli muzakirelerde cixis edib

Oktyabrın 12-də millət vəkili Qənirə Paşayeva AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu ilə bağlı müzakirələrdə çıxış edib. APA-nın xəbərinə görə, Q.Paşayeva Avropa ölkələrinə çağırış edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının ən vacib məsələ olduğunu deyib.

 

Millət vəkili çıxışında qeyd edib ki, Assambleyanın ilk günü Ermənistan heyətinin bəzi üzvləri çıxışlarında Kataloniyadakı hadisələri öz məqsədləri üçün istifadə etməyə, onları örnək göstərərək  Ermənistanın Qarabağdakı işğalçılıq siyasətini haqlı göstərməyə çalışıblar: “Bu, çox üzücü və narahatverici bir durumdur. Biz burada bu cür cəhdlərə, bu təhlükəli addımlara izn verməməliyik. Çünki Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur. Qarabağ məsələsi Erməsnitanın Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı davam etdirməsindən qaynaqlanan bir məsələdir. AŞPA-nın qəbul etdiyi 1416 saylı qərarda da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi xüsusi və açıq şəkildə vurğulanmaqdadır. Ermənistan ilk öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını qızışdırıb, sonra onları silahlandırdı, sonra da Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20%-ni işğal etdi”.

 

Q.Paşayeva qeyd edib ki, ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlara yol verilməməlidir və separatçı fəaliyyətlərin çox ağır nəticələrə gətirib çıxara biləcəyi  unudulmamalıdır.

 

Millət vəkili İspaniyaya bu məsələdə açıq dəstək verməli olduğunun vacibliyini qeyd edib: “Bütün məsələlər dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və biz ancaq bunu dəstəkləyəcəyik. Əks halda Avropa və dünya üçün çox ciddi problemlərin yaxın gələcəkdə şahidi olacağıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295