Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfrans keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adı altında keçirilən konfransda çıxış edən Geosiyasi Ekspertiza Mərkəzi sədri Aleksandr Duqin bildirib ki, tədbir Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya obrazının müəyyən olunmasında mühüm rol oynayır.

 

Qarabağ münaqişəsinin həlli yollarına toxunan rusiyalı ekspert bu münaqişənin Moskva ilə Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsinə mane olduğunu söyləyib.

 

Azərbaycanın regionda yeni baxış formalaşdığını söyləyən İzborskiy Klubun sədri, yazıçı-publisist Aleksandr Proxanov isə Bakının müstəqil xarici siyasət yürütməsinin Moskva üçün çox önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, bu məqam Azərbaycanın Rusiya ilə münasibətlərində mühüm rol oynayır.

 

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə iki ölkə arasında münasibətlərin inkişafından danışıb. O, iki ölkə arasında möhkəm tərəfdaşlığın olduğunu söyləyib: "Bu gün keçirilən konfrans nadir formatdır. Bu gün Azərbaycan və Rusiya vətənpərvərləri ümumi tapşırıqların yerinə yetirilməsi üçün səylərini birləşdirirlər".

 

Azərbaycanlı millət vəkili Moskva ilə Bakı arasında hərbi-texniki sahədə əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib.

 

Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov isə Azərbaycanın İkinci Dünya müharibəsində əldə olunan qələbədə böyük payının olduğunu söyləyib: "Faşizm üzərində qələbədə məhz Bakı neftinin böyük rolu var".

 

Müasir Azərbaycanın inkişafında Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirən rusiyalı siyasətçi bu gün Azərbaycanın dünya üçün önəmli regionda çox önəmli oyunçuya çevrildiyini qeyd edib.

 

Konfransda çıxış edən Qarabağın Azərbaycan icmasının üzvləri - bəstəkar Fərhad Bədəlbəyli və millət vəkili Rövşən Rzayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasından şikayət ediblər. Onlar ATƏT-in Minsk qrupunun fəaliyyətini sərt tənqid edərək icmalar arasında dialoqun qurulmasının və bu işdə rusiyalı ziyalıların yardım etməli olduğunu vurğulayıblar.

 

Digər rusiyalı deputat və senatorlar, siyasi ekspertlər və ictimai xadimlər çıxışlarında Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasını xüsusi diqqət ayırıblar. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, Moskva ilə Bakı arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələlərinə toxunublar.

 

Milli Məclisin deputatları Əli Hüseynli və Mixail Zabelin çıxışlarında Ümumrusiya Azərbaycan Konqresinin gələcək fəaliyyəti ilə bağlı məsələni də qaldırıblar.

 

*** 12.29

 

Moskvada Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın "Prezident" hotelində keçirilən konfransın təşkilatçıları "İzborskiy Klub" və Geosiyasi Ekspertiza Mərkəzidir.
 

"Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adlı konfransda Rusiya Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin deputatları, hər iki ölkənin tanınmış ictimai-siyasi xadimləri, Rusiya və Azərbaycanın elmi və ekspert dairələrinin nümayəndələri, eləcə də diplomatlar, KİV nümayəndələri iştirak edirlər. 
 

Konfransı giriş sözü ilə açan, tanınmış politoloq, Geosiyasi Ekspertiza Mərkəzi sədri Aleksandr Duqin bildirib ki, tədbirin keçirilməsində məqsəd Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirməkdir:" Tədbirdə əsas diqqəti Rusiya və Azərbaycanın Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməkdaşlığına yönəldiləcək. Konfrans iştirakçıları Azərbaycanın müasir beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi, regiondakı mübahisəli problemlərin birgə həlli imkanlarını müzakirə edəcəklər". 
 

Konfransda Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayrılacaq. O cümlədən mədəniyyət sahəsindəki əməkdaşlıq, iki ölkə arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələləri müzakirəyə çıxarılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285