Oqtay Əsədov: “Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması dünyada sülh və təhlükəsizliyə təhdiddir”

oqtay esedov ozge torpaqlarinin qesb edilmesine goz yumulmasi dunyada sulh ve tehlukesizliye tehdiddir

Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etmiş Milli Məclisin sədri Oqtay Əsədov  Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxışı edib.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov ötən 25 il ərzində Ermənistanın mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam etdiyini deyib: “Qəribədir ki, təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşılmasına gətirib çıxarır”.
 

O. Əsədov bildirib ki, etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün dünyada sülh və təhlükəsizlik üçün nə dərəcədə qorxulu olduğu qəbul edilməlidir: “Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan bu gün dünya birliyinin üzləşdiyi ağır problemlərin həlli və sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səyləri birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırdır”.


Azərbaycanın multikulturalizm və tolerantlıq modelindən söz açan MM sədri qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin mühüm bir istiqamətini mədəniyyətlərarası, dinlərarası dialoqun və multikulturalizmin dəstəklənməsi təşkil edir: “Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir. Tamamilə məntiqlidir ki, bizim ölkəmizdə 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub”.

 

Tədbirdə bir sıra təşkilati məsələlərə baxılıb. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası İttifaqın yeni sədri, Türkmənistan, Özbəkistan və Vanuatu İttifaqın yeni üzvləri seçiliblər. Beləliklə, İttifaqa daxil olan parlamentlərin sayı 176-ya çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301