Prezident Braziliya xarici əlaqələr nazirini qəbul edib - YENİLƏNİB

prezident braziliya xarici elaqeler nazirini qebul edib yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib.

 

Əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da addımlar atmağın zəruriliyini qeyd edən prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyib və Braziliyanın xarici əlaqələr nazirinin Azərbaycana rəsmi səfərini bunun yaxşı göstəricisi kimi dəyərləndirib. Gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin hələ ki, aşağı səviyyədə olduğunu bildirib. İnvestisiya layihələrinə toxunan prezident İlham Əliyev biznes dairələrinin birgə fəaliyyəti sayəsində daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyün vurğulayıb.

 

Dövlət başçısı Azərbaycan-Braziliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və nazir Aloyzio Nunyes Ferreiranın ölkəmizə səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

 

Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira öz növbəsində prezident İlham Əliyevin əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı dediyi fikirlərlə tam razı olduğunu bildirib. Nazir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Braziliyalı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində çox maraqlı olduğunu deyib və bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi bununla bağlı məsələləri müzakirə etməkdir.

 

Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

*** 11.07

 

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287