ABŞ rəsmisi: "Prezident Tramp Cənub Qaz Dəhlizi layihəsinə dəstək verir" - YENİLƏNİB

abs resmisi prezident tramp cenub qaz dehlizi layihesine destek verir yenilenib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə Syu Saarnioya minnətdarlığını bildirərək, ABŞ-ın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının layihənin icrası baxımından önəmini vurğulayıb.

 

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı bu layihənin yaxın zamanlarda reallaşacağından məmnunluğunu ifadə edərək Məşvərət Şurasının sabah keçiriləcək iclasının görülən işlər və qarşıda duran planların müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlət başçısı bütün bunları layihəyə cəlb olunmuş ölkələrin hökumətlərinin, şirkətlərinin, maliyyə institutlarının birgə səylərinin nəticəsi kimi dəyərləndirib.

 

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio isə Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayıb. O, ABŞ prezidentinin, dövlət katibinin, ABŞ hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğulayıb və bu layihənin başa çatmaqda olmasının önəmini qeyd edib.

 

Prezident İlham Əliyev ötən il Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinə ABŞ Prezidentinin təbrik məktubu göndərməsini məmnunluqla xatırlayaraq Birləşmiş Ştatların yeni administrasiyasının bu layihəyə dəstəyini yüksək qiymətləndirib.

 

*** 10.10

 

Prezident İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301