Prezident İlham Əliyev: “ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”

prezident ilham eliyev abs azerbaycan elaqeleri yeni merheleye qedem qoyub

“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.

 

Bakıda keçirilmiş 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ABŞ prezidenti Donald Trampın ünvanlandığı məktubun əhəmiyyətindən danışan dövlət başçısı ABŞ dövlət katibi ilə bir neçə gün öncə İstanbulda keçirdiyi görüşü də yüksək qiymətləndirib. "Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərib. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur", - deyə o vurğulayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ