Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib - YENİLƏNİB

prezident ilham eliyev boyuk britaniya bas nazirinin ticaret elcisini qebul edib yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirib.

 

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.

 

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edilib.

 

*** 10.55

 

Prezident İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın baş nazirinin ticarət elçisi xanım Baronessa Nikolsonu qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301