Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr kimi Fransaya böyük ümidlər bəsləyirik”

prezident ilham eliyev dagliq qarabag munaqisesinin hellinde hemsedr kimi fransaya boyuk umidler besleyirik

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona Fransanın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

 

APA-nın xəbərinə görə, məktubda deyilir:

 

“Biz zəngin ənənələrə malik Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik tarixi ərzində ikitərəfli münasibətlərimiz yeni məzmun kəsb edib, dinamik inkişaf yolu keçib.

 

Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə səylər göstərəcəyik.

 

Biz, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması, işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ