Qənirə Paşayeva AŞPA-da çıxış edib

qenire pasayeva aspa da cixis edib

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu adından çıxış edərək terrorla mübarizədə ikili standartlara yol verilməməsinin vacibliyini qeyd edib.

 

APA-nın Avropa müxbirinin xəbərinə görə, Q. Paşayeva bir müddət öncə Türkiyənin İraqSuriya sərhədində İŞİD zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüyünü diqqətə çatdırıb: "İraq türkmənlərinin təmsilçiləri, İraq Türkmən Cəbhəsi rəsmiləri İŞİD-in İraqda türkmənlərinin yaşadığı bölgələrdə törətdikləri dəhşətli cinayətlərdən bəhs etdilər və AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞİD-lə mübarizə məsələsində onlara dəstək verilmədiyini söylədilər. İŞİD zülmündən əziyyət çəkən bütün bölgə xalqları və dövlətləri sizdən dəstək gözləyir. Məsələn, İŞİD-ın Türkiyədə həyata keçirdiyi 14 terror aktında 304 məsum insan həyatını itirib. Bu səbəblə, Avropa qurumları və ölkələri Suriyaİraq sərhədində İŞİD-lə mübarizə aparan ölkələrə, özəlliklə Türkiyəyə daha çox dəstək verməlidir və biz buna çağırırıq. Mən qrupumuz adından çıxış edirəm, amma qısa da olsa, bunu bildirmək istəyirəm ki, əhalisinin böyük hissəsi müsəlman olan ölkəm Azərbaycan da İŞİD-lə mübarizədə ciddi addımlar atmaqdadır. Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır. Dəyərli dostlar, İŞİD beynəlxalq terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞİD-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞİD-in etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞİD-i bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə çağırışlarına da buradan etirazımızı bildirməliyik. Bu cür addımların Avropada islamofobiyanın artmasına yönəlik hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞİD-in işinə yarayar. Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və İslam əleyhdarlarının artmaması üçün də hamımız birlikdə ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin cisco sirketinin icraci vitse prezidenti ile gorusu olub
    Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-pre...
  • oktan ededi 95 den az olan benzin novlerinin aksiz vergisi 200 defe artirilib
    Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 2...
oktan ededi 95 den az olan benzin novlerinin aksiz vergisi 200 defe artirilib oktan ededi 95 den az olan benzin novlerinin aksiz vergisi 200 defe artirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.078
 
RR
0.03