Robert Sekuta: "ABŞ-Azərbaycan əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir"

robert sekuta abs azerbaycan emekdasligi eyni derecede ehemiyyetli uc saheni ehate edir

“ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir, Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır". 

 

APA-nın məlumatına görə, bunu ABŞ-Azərbaaycan əməkdaşlığının perspektivlərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

R. Sekuta bildirib ki, iki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir: “Birinci sahə enerji və iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları və qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq".

 

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasına da münasibət bildirən R. Sekuta qeyd edib ki, onun saxlanılması ilə bağlı narahatlıqlarını ifadə ediblər: "Biz Mehman Əliyevin azadlığa buraxılmasını pozitiv qiymətləndiririk. İnanırıq ki, bu pozitiv addım Azərbaycanda demokratiya və insan haqlarına pozitiv yanaşmanın bir başlanğıcı olacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • simal cenib dehlizi ile yukdasimalarin hecmi artib
    “Şimal-Çənib” dəhlizi ilə yükdaşımaların həcmi artıb...
  • bakida sahibsiz itler birkalanacaq
    Bakıda sahibsiz itlər birkalanacaq
bakida sahibsiz itler birkalanacaq bakida sahibsiz itler birkalanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.0087
 
RR
0.0296