Nazir: "Boliviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

nazir boliviya azerbaycanin musteqilliyi erazi butovluyu ve suverenliyini destekleyir

"Boliviya Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir".

 

APA-nın məlumatına görə, bu sözləri Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat üçün verdiyi bəyanatında deyib.

 

Görüşdə Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və bu xüsusda Boliviya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdiblər.

 

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd ediblər. Həmçinin iki ölkə arasında Qoşulmama Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladaraq Azərbaycanın Qoşulmama Hərəkatı dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin hərəkatın xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.

 

Nazirlər Azərbaycan və Boloviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan edərək dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu vurğulayıblar, aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285