Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib

azerbaycan sefiri etimadnamesini xorvatiya prezidentine teqdim edib

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

 

Xarici İşlər Nazirliyinin ( XİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə F. Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstək verməsini xahiş edib.

 

Səfir onu da qeyd edib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. F. Qurbanov əlavə edib ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini prezident K.Grabar-Kitaroviçə təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301