Allahşükür Paşazadə Gürcüstan baş naziri ilə görüşüb

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş zamanı A. Paşazadə Gürcüstan Patriarxı II İliya ilə uzun illərdir tanış və dost olduğunu bildirib.

 

O, xristian və müsəlman dinlərinin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. A. Paşazadə xristian və müsəlman dinlərinin həmrəyliyi mövzusunda Gürcüstanda beynəlxalq konfransın keçirilməsini təklif edib.

 

G. Kvirikaşvili isə mövzunun aktuallığını önə çəkərək, konfransa dəstək olacaqlarını bildirib. Baş nazir Azərbaycan və Gürcüstanda olan din sahəsindəki problemlərin həllində A. Paşazadənin böyük rolunu vurğulayıb.
 

Görüş zamanı A. Paşazadə baş nazirə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevi təqdim edib. O, QMİ nümayəndəsinə Gürcüstanda yaradılan şəraitə görə təşəkkürünü bildirib.
 

Söhbət əsnasında həmçinin regionda mövcud münaqişələr müzakirə edilib.

 

Tədbirdə Azərbaycan səfiri Dursun Həsənov da iştirak edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ