Allahşükür Paşazadə Qətər səfirini qəbul edib

allahsukur pasazade qeter sefirini qebul edib

Martın 31-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qətər Dövlətinin Azərbaycanda yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini onun xahişi ilə qəbul edib.

 

QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açıldığını diqqətə çatdırıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunduğunu vurğulayan Şeyxülislam Allahşükür Paşazadə bununla bağlı QMİ-nin həyata keçirdiyi tədbirlər barədə qonağa geniş məlumat verib.

 

Səfir Yusif bin Həsən əl-Sai Azərbaycanla Qətər Dövləti arasında əlaqələrin qarşılıqlı etimada söykəndiyini diqqətə çatdırıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Qətərə rəsmi səfərini yüksək qiymətləndirib. Səfir ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün səy göstərəcəyinə hazır olduğunu deyib, dini sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Qonaq regionda və dünyada  sabitliyin, dini tolerantlığın qorunması sahəsində uzun illər fəaliyyət göstərən Şeyxülislam Allahşükür Paşazadəyə bu xidmətlərinə görə minnətdarlığını bildirib.

 

Qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev iştirak edib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ