Azərbaycanda əcnəbilərə dini ayinlərin icrası ilə bağlı qoyulan bəzi qadağalar aradan götürülür

azerbaycanda ecnebilere dini ayinlerin icrasi ile bagli qoyulan bezi qadagalar aradan goturulur

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar aradan götürülür.

 

APA-nın məlumatına görə, bununla bağlı MM-in İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik edilir.
 

Dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
 

Bəndin hazırda qüvvədə olan variantına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Qeyd edək ki, bu qadağalar ötən ilin oktyabrın ayında qəbul edilib.
 

Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: “Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.
 

Layihə plenar iclasa tövsiyə olunub. 

 

Qeyd edək ki, dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrində düzəlişlər edilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:07 21 Sentyabr
18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib
    Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏN...
  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ