Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb

azerbaycanli zevvarlarin hecc ziyaretine gedis ve donus tarixleri aciqlanib

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək.

 

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.

 

Qeyd edək ki, builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ