Bakıda “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplaşdığı yerlər aşkarlanıb

bakida yehova sahidleri qeyri enenevi dini teriqet uzvlerinin qanunsuz toplasdigi yerler askarlanib

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb.

 

İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib.

 

Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ