Dövlət Komitəsi: "İlahiyyat" məscidinin bağlanacağı barədə məlumatlar həqiqəti əks etdirmir

dovlet komitesi ilahiyyat mescidinin baglanacagi barede melumatlar heqiqeti eks etdirmir

""İlahiyyat" məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək. Həmin məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir".

 

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov deyib.

 

Ə. Zülfüqarov xatırladıb ki, Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir: "Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib. “İlahiyyat” məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin praktiki təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin “Tədris Mərkəzi”nin yaradılması da nəzərdə tutulub".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ