İslam həmrəyliyinin təbliği üçün 12 dini icmaya maliyyə yardımı ayrılıb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

 

Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini qeyd edən Dövlət Komitəsi sədrinin birinci müavini S. Salahlı bildirib ki, maliyyə yardımı ayrılmış layihələr İslam həmrəyliyinə həsr olunub. Maliyyə yardımı ayrılan Şamaxı rayonu Məlikçobanlı kəndi “Cümə”  məscidi dini icması “İslamda həmrəylik  məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan şəhəri  “Mərkəzi Hacı Tağı” məscidi dini icması “İslam dinində tolerant və multikultural dəyərlər” Tovuz rayon məscidi dini icması “İslam həmrəyliyində məzhəblərarası dialoqun önəmi”, Masallı rayonu Şərəfə kənd məscidi dini icması “İslam həmrəyliyi və vəhdət”, İmişli şəhər məscidi dini icması “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Şəki rayonu Suçma kənd məscidi dini icması “İslam dinində mövhumata və xurafata yer yoxdur”,  Abşeron rayonu Digah qəsəbə məscidi dini icması “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır”, Lerik rayonu Lüləkəran kənd məscidi dini icması “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti”, Bakı şəhəri Pirallahı rayonu "Pirallahı" məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”, Şabran rayonu Vələsli kənd məscidi dini icması “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol”, Zaqatala rayonu Muxax kənd məscidi dini icması “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri”, Oğuz rayonu Bayan kənd məscidi dini icması “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihələrini həyata keçirəcəklər.

 

Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 180 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 161-i isə İslam dini icmasıdır.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ