Gürcüstan Müsəlmanları İdarəsi illik hesabatını təqdim edib

Bu gün Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin ənənəvi hesabatı dinlənilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin  (GMİ) şeyxi Ramin İgidov bir il ərzində görülən işlərin hesabatı barədə din xadimlərinə, Türkiyə, Azərbaycan, İran səfirliklərinin nümayəndələrinə, həmçinin dini ali məktəb rəhbərlərinə və qonaqlara ətraflı məlumat verib.

 

Sonra  Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin Şərq və Qərb bölgəsi üzrə müftiləri Yasin Əliyev, Beqlyar Kamaşidze, Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov və başqaları çıxış edərək GMİ-nin bir il ərzində fəaliyyətini müsbət qiymətləndirib və uğurlar arzulayıblar.

 

GMİ-nin bir il ərzində gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış edən şeyx Ramin İgidov çıxışında Gürcüstanda 312 məscid olduğunu, bundan 200-ə yaxını Qərbi Gürcüstanda, 112 məscidin isə Şərqi Gürcüstanda fəaliyyət göstərdiyini bildirib. Şeyx 90-a yaxın məscidin azərbaycanlı müsəlmanlara məxsus olduğunu bildirib. O, həmçinin Axaltsixe bölgəsində fəaliyyətsiz məscidlərin olduğunu da qeyd edib. Şeyx qeyd edib ki, Gürcüstanda 30-a yaxın mədrəsə fəaliyyət göstərir və o, həmçinin 46 məsciddə təmir işlərinin aparıldığını vurğulayıb. 

 

R. İgidov hesabat məruzəsində bildirib ki, Tiflisdəki Cümə məscidi GMİ-nin hüquqi dini mərkəzidir. Şeyxin sözlərinə görə, indiyədək 130 məscid dövlət qeydiyyatından keçib və GMİ-nin ixtiyarına verilib.  Yığncaqda qeyd olunub ki, Gürcüstanda 6 məscid istifadəyə verilib və 7 məscid tikilməkdədir. R. İgidov 17 kənddə məscidin olmadığını bildirib.

 

GMİ şeyxi idarənin nəzdində 4 sayt və bir internet TV-nin fəaliyyət göstərdiyini, indiyədək 350 verilişin yayımlandığını,  35 kitabın nəşr edildiyini bildirib.

 

Şeyx keçən il SOCAR Georgia QAS şrkətinin müsəlmanların ibadət etdikləri 22 məscidə təmənnasız təbii qaz veridiyini bildirib

 

Şeyx çıxışında Gürcüstan dövlətini radikal qrupların qarşısını almağa çağırıb: “İslam dininin təbliği aktuallaşıb. Biz ali məktəblərdə, təhsil ocaqlarında, hərbi hissələrdə İslam dininin təbliğ olunmasını istəyirik. Sağam ənənəvi İslam dini insanların zehnlərinə düzgün çatdırılmalıdır. Konfranslar, seminarlar təşkil etmək, xüsusi proqramlar həyata keçirmək lazımdır. Mən bütün müsəlmanları radikal qruplarla mübarizəyə çağırıram”, - deyə şeyx qeyd edib.

 

Şeyx dövlət dilinin öyrədilməsinə də münasibət bildirib: “Biz gürcü dilini öyrənməyə başlamışıq. GMİ-nin nəzdində 30 nəfərdən ibarət  gürcü dili kursu fəaliyyətə başlayıb. Düşünürəm ki, bu, din xadimlərinin Gürcüstan cəmiyyətinə inteqrasiyasına səmərəli kömək edəcək”, - deyə şeyx deyib.

 

GMİ-şeyxi Gürcüstanda Ramazan və dini bayramlarda dövlət və hökumət başçılarının məscidlərə gəldiyini, bütün müsəlmanları bayram münasibətilə təbrik etdikləri üçün Gürcüstan dövlətinə və hökumətinə təşəkkürünü bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ