Gürcüstanda “Qurani-Kərim” yeni tərtibatda nəşr olunub

Gürcüstan Müsəlmanları İdarəsinin  sifarişi və dəstəyi ilə “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, ötən ilki nəşrdən fərqli olaraq yeni çap olunan kitabların özəlliyi ərəbcə mətnin yer alması və haşiyəsində təcümələrin qeyd olunmasından ibarətdir.

Latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”i akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyev, gürcü dilinə isə Rezo Mikeladze tərcümə ediblər.

Qeyd edək ki, ötən il ümumilikdə 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət “Qurani-Kərim” çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde azerbaycanda alman meskenlerinin salinmasinin 200 illiyi ile elaqedar tedbir kecirilib
    Berlində Azərbaycanda alman məskənlərinin salınmasının 200 i...
  • qubada ayi ovlayan sexsler saxlanilib
    Qubada ayı ovlayan şəxslər saxlanılıb
qubada ayi ovlayan sexsler saxlanilib qubada ayi ovlayan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287