"İlahiyyat" məscidinin idarəçiliyi QMİ-yə verilib

ilahiyyat mescidinin idareciliyi qmi ye verilib

“Uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş "İlahiyyat məscidi"nin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə verilib”.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, ölkədə dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi – Tədris Mərkəzinin inşası nəzərdə tutulur. Bu tədris mərkəzinin elm məbədi - universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir: “Dövlət başçımızın diqqət və yardımı sayəsində yaradılmış yeni islam kollecləri üçün müasir tələblərə cavab verəcək, dinin elmi şəkildə tədrisi prosesinin təkmilləşdirilməsinə xidmət edəcək belə bir mərkəzin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq.

Hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir”.

 

Qeyd edək ki, mətbuatda, sosial şəbəkələrdə "İlahiyyat" məscidinin bağlanacağı barədə məlumatlar yayılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "İlahiyyat" məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcəyini açıqlayıb. Qeyd olunub ki, məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ