Patriarx Kirill: "Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri sülh şəraitində mehriban yaşayır"

patriarx kirill azerbaycanda butun xalqlarin ve dinlerin numayendeleri sulh seraitinde mehriban yasayir

"Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır".

 

APA-nın məlumatına görə, bu sözlər Moskva və bütün Rusiyanın patriarxı Kirillin "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

 

Müraciəti Rus Pravoslav Kilsəsinin Mahaçqala və Qroznı Yeparxiyasının yepiskopu Varlaam oxuyub.

 

Kirill müraciətində bildirib ki, Rusiyada insanlar milli kimliyinə görə ayrılmır və onlar ruslarla eyni hüquqa malikdir: "Biz Azərbaycanda da bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində bir-biri ilə mehriban yaşadığınız şahidi oluruq. Son 10 ildə xalqlarımızın taleyində çox hadisə baş verdi, çətin günlər yaşadıq. Birlikdə yaşadığımız Sovet İttifaqı dağıldı. Bəzi hallarda bu proses sakit və sülh şəraitində keçmədi və bilirik ki, Dağlıq Qarabağ yarası hələ də qanayır. Siz dini lider kimi münaqişənin Sülh yolu ilə həllinə çağırırsınız. Bu çox yaxşı və asan olmayan missiyadır. Sizin sülh səylərinizi yüksək qiymətləndiririk.

 

Sülh bütün müharibə və davadan vacibdir. Biz həmçinin terrorizmə qarşı mübarizədə eyni mövqedən çıxış edirik. Bu gün Yaxın Şərq və Afrikada vəziyyət çox pisdir. Xristianlar yaxın şərqdən silinir, baxmayaraq ki, xristianlıq orada yaranıb. Dini liderlər öz səylərini qoymalı və insanların həyatını qorumaq üçün çağırışlar etməlidirlər".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ