QMİ sədri Ərdoğana başsağlığı verib

qmi sedri erdogana bassagligi verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda çoxlu sayda polis əməkdaşlarının və mülki şəxslərin ölümü ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

 

APA-nın Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda deyilir:

 

“Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinin Beşiktaş rayonunda törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün türk qardaşlarımıza səbr və dəyanət arzulayıram. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının qətiyyətli iradəsi qarşısında puç olacaq, inşallah. Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir! Azərbaycanın bütün məscidlərində terror qurbanlarının ruhları üçün dualar oxunur, xəsarət alanlara şəfa dilənir. Qoy Uca Allah xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin! Allah-Təaladan Türkiyə dövlətçiliyinin tərəqqisi, müqəddəs dinimizin dəyərlərinin qorunması naminə gördüyünüz bütün işlərdə sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş Türkiyə xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm. Allah köməyiniz olsun!”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ