Robert Sekuta: “ABŞ Azərbaycanla münasibətlərin inkişafına çalışır”

robert sekuta abs azerbaycanla munasibetlerin inkisafina calisir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. O qeyd edib ki, Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir: “Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır”.

 

Səfir Azərbaycanın güclü  tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını deyrib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

 

M. Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan  hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ