"Tolerantlıq örnəyi - Azərbaycan" mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Tolerantlıq örnəyi - Azərbaycan" mövzusunda konfrans keçirilib.
 

 

APA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi nümayəndələri, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də gənclər iştirak ediblər.
 

 
Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı çıxışında bildirib ki, dünyada mədəniyyətin beşiklərindən sayılan Parisdə dərc edilən nəşrlərdə Məhəmməd peyğəmbərin karikaturası çəkilir: "Bu, islam dininin mənsublarının hisslərinə toxunmaqdır. Azərbaycanda digər səmavi dinlərə, peyğəmbərlərə belə münasibət ortaya qoyulurmu? Bizim xalqımız bütün dinlərə hörmətlə yanaşır. Azərbaycanda dini və etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlara münasibətdə heç bir ayrı-seçkilik yoxdur. İndoneziyadan tutmuş Moldovaya qədər, dünyanın 20 ölkəsinin universitetlərində Azərbaycan multikulturalizminin tədris olunması təsadüfi deyil. Azərbaycanın xalqının tolerantlığı dünya üçün bir nümunədir".
 

 

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin məruzəsi dinlənilib.

 

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Vladimir Baska, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, nümunəvi dini tolerantlıq modeli, eyni zamanda Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287