Astarada xeyli miqdarda narkotiklə tutulan şəxsin və arvadının Rusiyada axtarışda olduğu məlum olub

astarada xeyli miqdarda narkotikle tutulan sexsin ve arvadinin rusiyada axtarisda oldugu melum olub

Daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.  

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.

 

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib. Tədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.

 

Araşdırmalar zamanı B. Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

 

Faktlarla bağlı araşdırmalar aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279