Abşeron rayonunda minik avtomobili divara çırpılıb, xəsarət alanlar var

abseron rayonunda minik avtomobili divara cirpilib xesaret alanlar var

Gecə saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Abşeron rayonu ərazisində, Masazır dairəsinin yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, ikinci dərəcəli yolla Sumqayıtdan paytaxt istiqamətində hərəkət edən "KİA" markalı mink maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun sağındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər - 1997-ci il təvəllüdlü Hüseynov Əliş Xaric oğlu və 1996-cı il təvəllüdlü Cumayev Məhəmməd Aslan oğlu xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralıların hər ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Yol qəzasının təfərrüatlarını Abşeron RPİ-nin istintaqçıları araşdırır. İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ