Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

agsuda menseyi melum olmayan bir ton et askarlanib

Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət müsadirə edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları bu gün Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi 10-JD-073 dövlət nömrə nişanlı, “UAZ” markalı yük avtomobilini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlayaraq ona baxış keçiriblər.

 

Polis əməkdaşları avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aşkar ediblər. Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildiriblər. Ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

      

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301