Azərbaycanda 5 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

azerbaycanda 5 kiloqramdan cox narkotik dovriyyeden cixarilib

Azərbaycanda xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

 

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Samux rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə də baxış keçirilib və oradan daha 2 kiloqram 820 qram marixuana da aşkar edilərək götürülüb.

 

Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən əlavə 1,45 qram, yaşadığı evə baxış zamanı isə 475 qram marixuana aşkar edilərək götürülüb.

 

Həyata keçirilən əməliyyat tədbirləri ilə Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Mansumovdan 410 qram marixuana, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Abbasəliyevdən 46,818 qram tiryək və 450 qram marixuana götürüblər.

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

 

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301