Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün aşağı və yuxarı həddi məlum olub

yeniyetmelere tetbiq olunacaq yeni ceza novunun asagi ve yuxari heddi melum olub

Azərbaycanda cinayətə görə yeni tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəza növünün yetkinlik yaşına çatmayanlara təyin ediləcəyi ən aşağı və ən yuxarı həddi məlum olub.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 85-ci (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri) maddəsinə yeni bəndin əlavə edilməsi təklif edilir.

 

Yeni bəndə görə, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara 2 aydan 2 ilə qədər müddətə təyin ediləcək.

Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla, azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

 

- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

 

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:15 16 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ruminiyali bestekar corce eneskunun anim tedbiri kecirilib
    Bakıda rumıniyalı bəstəkar Corce Eneskunun anım tədbiri keçi...
  • avropa azerbaycan mektebi usaqlar ucun maariflendirici tedbir kecirib
    Avropa Azərbaycan Məktəbi uşaqlar üçün maarifləndirici tədbi...
avropa azerbaycan mektebi usaqlar ucun maariflendirici tedbir kecirib avropa azerbaycan mektebi usaqlar ucun maariflendirici tedbir kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 16 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302