Bakı-Tbilisi-Qars dəmir yolundan rels oğurlamış şəxslər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları 3 nəfəri oğurluq üstündə saxlayıblar.

 

APA-nın Gürcüstan bürosunun DİN-nin məlumatına istinadən verdiyi xəbərə görə, həmin şəxslər noyabrın 21-də bölgənin Ninotsminda şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Marabda-Kartsax” hissəsindən relslər oğurlayıblar.

 

Məlumatda qeyd olunub ki, saxlanılan şıxslər dəmir yolu relslərini çəkmiş “Dəmiryol Servis” MMC-nin əməkdaşlarıdır. DİN oğurlanmış relsləri maddi sübut kimi müsadirə edib. Faktla bağlı cinayət işi açılıb. Oğurluqda ittiham olunan şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289