DİN: Bakıda 26 yaşlı gənci güllələyən şəxs ruhi xəstədir - YENİLƏNİB-1

din bakida 26 yasli genci gulleleyen sexs ruhi xestedir yenilenib 1

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 26 yaşlı gəncin güllələnməsi barədə məlumat yayıb.

 

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub.

 

Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

 

 

***

 

saat 09.45

 

Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna tapançadan atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.

 

Araşdırma aparılır.

 

***

 

saat 03.01

 

Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb.

 

Mayın 19-da axşam saatlarında 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna “Makarov” tapançasından atəş açılıb. Güllə 26 yaşlı gəncin bədəninin sol tərəfindən dəyib, 5,45 kalibrli güllə onun daxili orqanlarını zədələyib. Elnur Dadaşov qohumları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.

 

Yaralının qohumları bildiriblər ki, Elnur Dadaşova naməlum avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Lakin onlar qanlı hadisənin motivi barədə məlumatsız olduqlarını bildiriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı səbəbdən və kim tərəfindən güllələndiyi dəqiqləşdirilir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada guclu zelzele bas verib azi 42 nefer olub yenilenib
    Meksikada güclü zəlzələ baş verib, azı 42 nəfər ölüb - YENİL...
  • fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2
    FHN Salyanda 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı ...
fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ