Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Baş prokuror Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tayland, Bəhreyn və Mavriki dövlətlərinin Baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri Azərbaycanda səfərdə olublar.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınıb. Dünyanın 20-dən çox ölkəsinin prokurorluq orqanları yüksək təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin açılışı olub.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov ölkə Prezidenti İlham Əliyevin adından qonaqları salamlayıb, tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini qeyd edərək hazırkı iclasın dövlətimizin hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib.
İclasa sədrlik edən Baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun BPA-nın uzun illər İcraiyyə Komitəsinin üzvü olduğunu, hazırda Assosiasiyanın senatoru və fəxri üzvü, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olmasını qeyd edib.
Baş prokuror ölkəmizin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək hazırkı iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafı və dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu və Azərbaycanın BPA-nın inkişafında töhfələri ilə bağlı foto-slaydlardan ibarət əyani prezentasiya ilə çıxış edib, İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin böyük şərəf verilərək mərhum prezident Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart kimi müəyyən etdiyini vurğulayıb.
Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi aparılır, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnir.
Assosiasiyanın prezidenti Qerhard Yaroş çıxış edərək iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə öz dərin təşəkkürlərini bildirib, Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.
İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edilib, bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş diskussiyalar aparılıb, bir sıra mühüm qərarlar qəbul edilib.
Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti İllik Konfransı və Ümumi Yığıncağının 2018-ci ilin 9-13 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb.
Səfər zamanı Beynəlxalq Prokurorlar Assosiasiyanın prezidenti Qerhard Yaroş, Baş katibi Han Moraal, icraçı direktoru xanım Yanne Holst Hübner və təşkilatın digər rəsmiləri Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.
Baş prokuror Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına məhz Azərbaycanın ev sahibliyi etməsinin həm Assosiasiyanın fəaliyyətində, həm də cinayətkarlığın bütün formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, daha öncə BPA-nın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasını xatırladaraq bu tədbirlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı qonaqlara son illər ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib.
Mövcud səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən Q.Yaroş ölkəmizlə təşkilat arasında qurulmuş münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, Azərbaycan Prokurorluğunun dəstəyi ilə 2017-ci ildə Bakıda keçirilmiş Assosiasiyanın "Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans"ına yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirərək İcraiyyə Komitəsinin 45-ci iclasında da ölkəmizin öz müsbət təcrübələrini tətbiq edəcəyinə ümidvar olduğunu bəyan edib.
Assosiasiya rəsmiləri daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər.
Görüşdə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolu vurğulanıb, ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığı, Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, habelə onun rəhbər orqanlarında fəal təmsilçiliyi yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyətinə yinə dair faydalı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror Zakir Qaralovla Tayland Krallığının Baş prokuroru Khemçai Çutivonqsi, Bəhreyn Krallığının Baş prokuroru Əli Albuainaini, Mavriki Respublikasının Baş prokuroru Saatyajit Boolell və digər ölkələrin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.
Səfər zamanı iştirakçılar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında olub, Baş İdarədə yaradılmış yüksək iş şəraiti ilə yaxından tanış olan qonaqlara korrupsiyaya qarşı mübarizədə qətiyyətli siyasi iradənin təzahürü olan qurumun fəaliyyəti barədə məlumat verilib. Sonra Assosiasiya rəsmiləri ilə quruma üzv olan ölkəmizin gənc prokurorluq əməkdaşlarının görüşü keçirilib.
BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR
22.04.2018
Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb22.04.2018
ETSN: Bakı şəhəri Qaradağ rayonu ərazisində palçıq vulkanı püskürüb - FOTO22.04.2018
Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 gənc batıb22.04.2018
Göygöldə minik və yük avtomobilləri toqquşub, xəsarət alan var22.04.2018
Bakıda mənzillərdən birində 84 yaşlı kişinin meyiti aşkarlanıb22.04.2018
Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB21.04.2018
Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var21.04.2018
Goranboyda avtomobillə piyadanı vuran sürücü hadisə yerindən qaçıb21.04.2018
Göygöldə işləyən Bakı sakini yıxılaraq ağır xəsarət alıb21.04.2018
Samuxda avtomobil maneəyə çırpılıb, xəsarət alan var21.04.2018
Goranboy sakini dəm qazından zəhərlənib21.04.2018
Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb21.04.2018
Astarada piyadanı avtomobil vurub21.04.2018
Daşkəsəndə usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb21.04.2018
Paltaryuyan maşında narkotik gizlədən İsmayıllı sakini tutulub21.04.2018
Sumqayıt və Qubada oğurluq edən şəxslər saxlanılıblar21.04.2018
Ağdam sakini tüfəngi polisə təhvil verib21.04.2018
Maskalı şəxslər Bakıda evə basqın ediblər21.04.2018
Saatlı sakinini avtomobillə vurmaqda şübhəli bilinən şəxs saxlanılıb21.04.2018
Bakıda yol qəzasında iki nəfər ölüb21.04.2018
Lənkəran sakinindən 24 ədəd 100, 45 ədəd 50 manatlıq saxta əskinas götürülüb21.04.2018
Bakıda xəstəxanada yanğın olub21.04.2018
Kürdəmirdə 8 otaqlı ev yanıb21.04.2018
Bakının Suraxanı rayonunda yanğın olub21.04.2018
Gəncədə yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib20.04.2018
İsmayıllı sakini intihara cəhd edib20.04.2018
Bakıda polis bölməsinin ərzisində üç top mərmisi tapılıb20.04.2018
Metropolitenin Elektrik deposunun ərazisində qumbara tapılıb20.04.2018
Prokuror Bakıda qanunsuz dərman satışı ilə məşğul olan aptek sahibinə cəza istəyib20.04.2018
Milli Park ərazisində dənizə düşən 17 yaşlı qız xilas olunub20.04.2018
“Beynəlxalq Bank”ın daha iki əməkdaşının məhkəməsi başlayıb20.04.2018
Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib20.04.2018
Saatlı sakini bədbəxt hadisə nəticəsində ölüb20.04.2018
MTN generallarına nə vaxt hökm oxunacağı açıqlanıb20.04.2018
Arif Alışanovun məhkəməyə çağırılması barədə vəsatət baxılmamış saxlanılıb - YENİLƏNİB20.04.2018
Bu il qanunsuz ov edən 240 nəfər cərimələnib20.04.2018
Bakıda evdən 3 min manatlıq qızıl oğurlanıb20.04.2018
Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib20.04.2018
Yol nişanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb20.04.2018
“FETÖ işi” ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ilə bağlı DMX-yə sorğu veriləcək16.04.2018
Cəbrayıl köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb16.04.2018
Füzulidə raket mərmisi aşkarlanıb16.04.2018
Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var16.04.2018
Bakı-Qazax yolunda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var16.04.2018
Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib16.04.2018
Prokuror "Topaz" sahibini qətlə yetirən şəxslərə cəza istəyib




