Bakıda bir həftə əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb

bakida bir hefte evvel avtomobille vurulan piyada xestexanada olub

Bakıda bir həftə əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.

 

APA-nın məlumatına görə, avqustun 4-də paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Ağayev İlham Şahin oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10-UR-883 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyərkən vurulan piyada Hüseynova Təranə Hüseyn qızını müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, qəza törədən İ. Ağayev hadisə yerindən qaçıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan birgə yaydığı məlumatda qeyd olunur ki, Xəzər rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

İ. Ağayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Qəza nəticəsində yaralanan qadın xəstəxanada öldüyünə görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi 263.2-ci maddəsinə tövsif edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada heyder eliyevin vefatinin 14 cu ildonumune hesr olunan anim tedbiri kecirilib
    Moskvada Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olu...
  • ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib
    Ankarada Ərdoğan və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 12 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287