Bakıda əcnəbinin pul və qiymətli əşyalarını oğurlayan iki qadın saxlanılıb

bakida ecnebinin pul ve qiymetli esyalarini ogurlayan iki qadin saxlanilib

Bakıda xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb. 

 

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi T. İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib. 


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub.  
 

Digər analoji cinayətin üstü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən açılıb. 
Noyabrın 4-də əcnəbi vətəndaş Ə. Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000 ABŞ dolları, qol saatı və mobil telefon oğurlanıb. 


Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Maya Yaqubova 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.


Hər iki faktla bağlı cinayət işləri başlanılıb. 
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285