Bakıda makler döyülüb

bakida makler doyulub

Bakıda ev alqı-satqısı ilə məşğul olan şəxs döyülüb.

 

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsində baş verib. 33 yaşlı Vəliyev Laçın Əli oğlu mübahisə zəminində döyülüb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib, araşdırma aparılır.

 

Qeyd edək ki, ev alqı-satqısı ilə məşğul olan Laçın Vəliyev barəsində bir müddət əvvəl mətbuatda xəbərlər yayılmışdı. Ramana qəsəbəsində ondan ev alan Ləman Heydərova Laçın Vəliyevi 42 min manat müqabilində söz verdiyi evi yarımçıq təhvil verməkdə günahlandırmışdı. Qadının iddiasına görə, makler evinə hücum edib və evi onun adına rəsmiləşdirmək müqabilində əxlaqsız təklif edib. Makler isə bu iddiaların böhtan olduğunu bildirib.

 

İlkin ehtimala görə, Laçın Vəliyevin döyülməsinə bu mübahisə səbəb olub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ