Bakıda qadının bank hesabından oğurluq edən şəxs saxlanılıb

bakida qadinin bank hesabindan ogurluq eden sexs saxlanilib

Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib. 

 

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.  


Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.  
Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib. 
 

Müəyyən edilib ki, H. Muradov  qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürüb. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub. 


Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.       
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycana yeni boeing teyyarelerinin getirilmesine baslanilir
    Azərbaycana yeni "Boeing" təyyarələrinin gətirilməsinə başla...
  • babek prospektinde su xetlerinin cekilisi mayda basa catdirilacaq
    Babək prospektində su xətlərinin çəkilişi mayda başa çatdırı...
babek prospektinde su xetlerinin cekilisi mayda basa catdirilacaq babek prospektinde su xetlerinin cekilisi mayda basa catdirilacaq +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301