Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 80 nəfər yaralanıb

bayram gunleri yol qezalarinda 15 nefer olub 80 nefer yaralanib

Bakı. Hafiz Heydərov – APA. Bayram günləri Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, martın 19-dan 25-dək ölkənin avtomobil yollarında 51 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

 

Qeydə alınmış yol qəzalarından 11-i piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

 

Bayram günlərində 62 min sürücünün yol hərəkəti qaydalarını pozması müəyyən edilib. Həmin qayda pozuntuilarından 40 minə yaxını sürət həddinin aşması ilə bağlıdır. K. Əliyev rayonlara gedən və rayonlardan qayıdan sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa çağırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyevde qarsidurmalar zamani iki polis emekdasi xesaret alib
    Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət alıb...
  • turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2
    Türkiyədə törədilən partlayış nəticəsində yaralananların say...
turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 18 Oktyabr, 2017

USD
1.7003
 
EUR
2.0028
 
RR
0.0297