"Beynəlxalq Bank"ın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayıb

beynelxalq bank in daha bir vezifeli sexsinin mehkemesi baslayib

"Beynəlxalq Bank"ın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin dələduzluqda təqsirləndirilən direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. G. Əliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, B. Şəfiyev günahsız olduğunu deyib. 

Proses sentyabrın 20-dək təxirə salınıb. 

İttihama görə, Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayının ortalarında Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G. Əliyevanı ona "Beynəlxalq Bank"ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb. Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deyərək, onu aldadıb. Pulu isə G. Əliyevaya verib.

 

G. Əliyeva daha əvvəl bankın baş mühasibi olub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qubada ayi ovlayan sexsler saxlanilib
    Qubada ayı ovlayan şəxslər saxlanılıb
  • hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub
    HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış komp...
hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287