Biləsuvarda qəzada ölənlərin sayı 5 nəfər çatıb- YENİLƏNİB-2

bilesuvarda qezada olenlerin sayi 5 nefer catib yenilenib 2

Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bununla qəzada ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə nəticəsində ölənlər Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu,  qohumu İlhamə Kazımova və onun anası Pəri Əhmədovadır.

***

 

09.30

 

Biləsuvarda baş verən ağır qəzada ölənlərdən iki nəfərin adı məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar Lənkəran sakinləri -  Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyevdir. Ölən digər iki nəfərin və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

***

 

08.13

Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir. 

 

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.    

 

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir. 

 

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər  təfərrüatları müəyyənləşdirilir.  

 

 

***** 07.53

 

Biləsuvarda ağır qəza baş verib, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Toqquşma nəticəsində bir nəfərin öldüyü və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb.

 

Hadisənin təfərrüatları müəyyənləşdirilir.  

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279