BQXK İraqda 20 millətdən olan təqribən 1300 qadın və uşağa baş çəkir

bqxk iraqda 20 milletden olan teqriben 1300 qadin ve usaga bas cekir

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İraq ərazisində (Mosulda) 20 millətdən olan təqribən 1300 qadın və uşağa baş çəkir və humanitar yardım göstərir.

 

Bunu APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

 

O qeyd edib ki, BQXK həmin şəxslərin təxirəsalınmaz humanitar ehtiyaclarını ödəməyə çalışır: “Bu humanitar ehtiyaclara yemək, gigiyenik məhsullar, tibbi rəftar, su və  digər ehtiyaclar daxildir. Biz həmçinin bu şəxslərlə onların başqa ölkələrdə yaşayan ailə üzvləri arasında əlaqə yaratmalarına yardımçı oluruq. Bundan başqa biz kimsəsiz uşaqları qeydiyyata alırıq və onların gələcək taleyi ilə bağlı müvafiq hakimiyyət orqanları ilə danışıqlar aparırıq. Həmçinin biz baş çəkdiyimiz şəxslər barədə onların öz razılığı olduğu təqdirdə bu barədə aidiyyəti diplomatik nümayəndəliklərə məlumat verilir”.

 

İ. Hüseynova İraqda ərazisində qalan kimsəsiz uşaqların öz ölkələrinə qaytarılması ilə bağlı məsələyə də aydınlıq gətirib: “İnsanların öz ölkələrinə qaytarılması İraq hökuməti və həmin şəxslərin vətəndaşlığını daşıdığı ölkələr arasındakı iki tərəfli bir məsələdir”. 

 

Qeyd edək ki, iraqlı deputat Vian Dahil özünün “twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadını saxladığını yazıb. Deputat qadınların nə vaxt və harada tutulduğunu açıqlamayıb.

 

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını bildirib: “Faktlar araşdırılır. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:15 16 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin energetika naziri seudiyye erebistaninda bir sira gorusler kecirib
    Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanında bir sı...
  • xalq artisti cingiz sadixov defn olunub yenilenib 1
    Xalq artisti Çingiz Sadıxov dəfn olunub - YENİLƏNİB-1
xalq artisti cingiz sadixov defn olunub yenilenib 1 xalq artisti cingiz sadixov defn olunub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 16 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302