Dələduzluqda təqsirləndirilən iş adamının məhkəməsi başlayıb

deleduzluqda teqsirlendirilen is adaminin mehkemesi baslayib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında M. Verdiyevin vəkili Fariz Namazlı çıxış edib.

 

F. Namazlı işin yenidən ibtidai istintaqa qaytarılmasını xahiş edib.

 

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib.

 

İclasda iştirak edən zərərçəkmiş şəxslər də işin ibtidai istintaqa qaytarılmasını istəyiblər.

 

Məhkəmə vəsatəti təmin etməyib.

 

Prosesin baxış iclası yanvarın 25-nə təyin edilib.

 

Qeyd edək ki, M. Verdiyevə qarşı Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda), 162.1. (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) və 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

 

 

Xatırladaq ki, Müqayis Verdiyev tikinti biznesi ilə məşğuldur. Məlumata görə, o, 1998-ci ildə mənimsəmə və israf etmə maddəsi ilə 4 il, 2002-ci ildə dələduzluq maddəsi üzrə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilib. 2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301