DİN polis əməkdaşlarının öldüyü qəza ilə bağlı məlumat yayıb

din polis emekdaslarinin olduyu qeza ile bagli melumat yayib

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti  orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, DİN-in Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.

 

Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb. Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarət alıb.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti pyotr porosenko ile gorusub
    Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb
  • prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib
    Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət e...
prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.0123
 
RR
0.0291