DİN: Zabratda sakinlərin narahatlığına səbəb olan məsələ ilə bağlı tədbir görüləcək

din zabratda sakinlerin narahatligina sebeb olan mesele ile bagli tedbir gorulecek

Bakının Zabrat qəsəbəsinin bir qrup sakini etiraz aksiyasına hazırlaşır.

 

Bu barədə APA-ya yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən “Zabrat” kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib.

 

Sakinlərin sözlərinə görə, bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etsələr də, nəticəsi olmayıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında məsələnin araşdırılacağını bildirib: “Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin yeni rəhbərliyi tərəfindən sakinləri narahat edən həmin məsələ araşdırılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novxanida avtoq za olub xesaret alan var
    Novxanıda avtoqәza olub, xəsarət alan var
  • cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib
    Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb...
cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9959
 
RR
0.0287