DTX və polis Qəbələdə əməliyyat keçirib

dtx ve polis qebelede emeliyyat kecirib

DTX və polis Qəbələdə əməliyyat keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.
 

B.Qasımov və E.Tahirov Rayon Polis Şöbəsi gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde azerbaycanda alman meskenlerinin salinmasinin 200 illiyi ile elaqedar tedbir kecirilib
    Berlində Azərbaycanda alman məskənlərinin salınmasının 200 i...
  • qubada ayi ovlayan sexsler saxlanilib
    Qubada ayı ovlayan şəxslər saxlanılıb
qubada ayi ovlayan sexsler saxlanilib qubada ayi ovlayan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287