Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhətinin pisləşməsi barədə məlumatlara münasibət bildirib

edliyye nazirliyi akif covdarovun sehhetinin pislesmesi barede melumatlara munasibet bildirib

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkilinin onun səhhətində yaranmış problemlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Tibb Baş İdarəsindən APA-ya deyilib ki, A. Çovdarovun vəziyyəti stabildir, o həkim nəzarəti altındadır.

 

İdarədən onu da bildiriblər ki, A. Çovdarova lazım olan müayinələr və müalicələr aparılır: “Akif Çovdarovun öz istədiyi həkim tərəfindən müayinələri təşkil olunur. Hospital və müalicə müəssisəsinin kardioloq - mütəxəssislərinin mütəmadi müayinələri aparılır. Öz həkimlərinin rəyləri ilə hospital və müalicə müəssisəsinin rəyləri üst-üstə düşür. Akif Çovdarov təyin edilən müalicələri təyinatı üzrə qəbul etdikdə vəziyyəti stabil olur. Hazırda onun vəziyyəti stabil olaraq qalır”.

 

Qeyd edək ki, A. Çovdarovun vəkili onun səhhətində problemlər olduğu barədə açıqlama verib.

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301