Elmar Məmmədyarov Afrika İttifaqının komissarları ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

 

Tərəflər hələ SSRİ dövründə Afrika qitəsindən çoxsaylı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqlarını qeyd edərək bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqəti çəkiblər.

 

Görüşdə Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoq prosesinə verdiyi töhfələri və bu xüsusda Bakıda keçirilən humanitar və mədəniyyətlərarası dialoq forumlarında Afrika İttifaqının və üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı məmnuniyyətlə vurğulanıb.

 

Həmçinin, Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin digər tərəfdaş təşkilatlarla birlikdə Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr, Azərbaycan ilə UNESCO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyi qeyd edilərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirib. 

 

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılması və nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması barədə razılıq əldə olunub.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 19 Fevral
Video
09:04 19 Fevral
10:47 18 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ucarda evleri su basib fotosessiya
    Ucarda evləri su basıb - FOTOSESSİYA
  • sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek
    Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kiray...
sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 Fevral, 2018

USD
1.7001
 
EUR
2.1108
 
RR
0.0301