Hacıqabulun dağ kəndləri sel suları altında qalıb

Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə daxil Qubalı və Tava  kəndləri sel sularına məruz qalıb.

 

Təbii fəlakətdən əsasən daha çox Qubalı kəndi ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evlinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.

Yaşayış evlərinin həyətlərini su basıb.  Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.

 

Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.

 

Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ